Bağışlayan və
mehriban Allahın adı ilə!
İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna
gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi
gün» – Səndən aman diləyirəm!
İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki,
Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!
İlahi, mən «günahkarların simalarından tanınacağı,
alınları və ayaqlarından tutulub yaxalanacağı gün» – Səndən aman diləyirəm!
İlahi, mən «zalımlara üzrxahlıqları heç bir fayda
verməyəcəyi, onların lənətləcəyi və axirət yurdunun pis əzabına düçar olacağı
gün» – Səndən aman diləyirəm!
İlahi, mən «heç kəs başqasının karına gələ bilməyəcəyi
və hökmün ancaq Allaha məxsus olacağı gün» – Səndən aman diləyirəm!
İlahi, mən «hər kəsin öz qardaşından, anasından,
atasından, zövcəsindən və oğullarından qaçacağı və hərənin öz hayında olacağı
gün» – Səndən aman diləyirəm!
İlahi, mən «əzabın şiddətindən günahkar bəndənin öz
oğullarını, zövcəsini və qardaşını, ona sığınacaq verən qohum əqrəbasını və yer
üzündə olanların hamısını fəda etməyə razı olub, (Allahın əzabından) qurtulmaq
istədiyi və xeyr (bunun mümkün olmadığı), artıq (Cəhənnəmin) alovlandığı,
başların dərisini sıyırıb ayırdığı gün» – Səndən aman diləyirəm!
Ey mənim mövlam və vəlim! Sənsən ağa, mən isə
qul, bəs, qula ağadan başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən sahib, mən isə nökər, bəs, nökərə sahibdən başqa
kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən izzətli, mən isə zəlil, bəs, zəlilə izzətlidən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən xaliq, mən isə məxluq, bəs, məxluqa xaliqdən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən əzəmətli, mən isə aciz, bəs, acizə əzəmətlidən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən qüdrətli, mən isə zəif, bəs, zəifə qüdrətlidən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən varlı, mən isə yoxsul, bəs, yoxsula varlıdan
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən əta edən (əliaçıq), mən isə əlaçan (dilənçi),
bəs, əlaçana əta edəndən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən diri, mən isə ölü, bəs, ölüyə diridən başqa kim
rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən əbədi, mən isə fani, bəs, faniyə əbədidən başqa
kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən daimi, mən isə məhv olan, bəs, məhv olana
daimidən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən ruzi verən, mən isə ruzi uman, bəs, ruzi umana
ruzi verəndən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən səxavətli, mən isə əsirgəyən (simic), bəs,
əsirgəyənə səxavətlidən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən dada yetən, mən isə dara düşən, bəs, dara düşənə
dada yetəndən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən böyük, mən isə kiçik, bəs, kiçiyə böyükdən başqa
kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən hidayət edən, mən isə yolunu azmış, bəs, yolunu
azmışa hidayət edəndən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən mərhəmətli, mən isə sığınan, bəs, sığınana
mərhəmətlidən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən soltan, mən isə bəlalarla imtahan olunan, bəs,
bəlalarla imtahan olunana soltandan başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən bələdçi, mən isə sərgərdan, bəs, sərgərdana
bələdçidən başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən bağışlayan, mən isə günahkar, bəs, günahkara
bağışlayandan başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən qalib, mən isə məğlub, bəs, məğluba qalibdən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən rəbb, mən isə bəndə, bəs, bəndəyə rəbbdən başqa
kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Sənsən möhtəşəm, mən isə zəlil, bəs, zəlilə möhtəşəmdən
başqa kim rəhm edər?!
Ey
mənim mövlam və vəlim! Rəhmətinlə mənə mərhəmət et, bəxşiş, kərəm və fəzlinlə
mənə güzəştə get.
Ey
bəxşiş, ehsan, nemət və bərəkət sahibi, Sənə öz rəhmətinə and verirəm, ey
rəhmlilərin ən rəhmlisi!
Комментариев нет:
Отправить комментарий