18.07.2014

DUANIN HƏQİQƏTİ NƏDİR?

Duanın həqiqəti həzrət `budun dərgahına nəzər salmaqdan ibarətdir. Dua `minlər üçün bir növ ruhi `nəvi me`racdır. Dua yalnız bir sıra sözləri ifadə etmək `zi xüsusi qaydalara riayət etmək deyil. Duanın ruhu həqiqəti insanın qəlbən aləmlərin yaradanına diqqət yetirməsidir. Bu diqqətin gücü insanın Allaha məhəbbət `rifətinin dərəcəsindən asılıdır. Buna görə duadan əvvəl dua zamanı Allahın sifətlərinə nəzər salmaq lazımdır.
Dua həqiqətdə ibadətdən savay bir şey deyil. Hətta bu ibadət Allaha diqqət baxımından bir çox ibadətlərdən üstün tutulmuşdur. Peyğəmbərdən nəql olunmuş bir rəvayətdə deyilir: Dua bütün ibadətlərin məğzi kimidir”.[1]

Qur`ani-Kərimdə Allahduaya təkəbbürlə yanaşmaməsələsini qeyd edərkən buyurur: Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar tezliklə, zəlil olaraq cəhənnəmə girəcəklər”.[2]
Bu ayədə, Allahyəstəkbirunə ən duaibuyurmamış, “duayerinə ibadət `birini işlədərək rəsmi olaraq duanı ibadət ünvanında tanıtdırıb onu bəndəlik üçün lazım olan şərtlərdən saymışdır. Çünki yalvarışı tərk etmiş şəxs üçün gəlmiş cəhənnəm odu əzabı duanı tərk edən şəxsin cəzasına yox, daha çox ibadəti tərk etmiş şəxsin cəzasına uyğundur...[3]
Mümkündür ki, zehnimizdə belə bir sual yaransın: İnsanın Allahdan bir şey istəməsi onun üçün ibadət ola bilərmi? Bu sualı cavablandırmaq üçün ibadətin həqiqəti açıqlanmalıdır.
İbadətin həqiqəti budur ki, insan özünü Allahın bəndəsi Onun hökmü altında bilsin, özünə heç bir hakimiyyət aid etməsin Allah qarşısında özünü müstəqil iradə sahibi saymasın. Əksinə, özünü öz varlığını Allaha məxsus hesab etsin. İnsan tamamilə Onun iradəsinə təslim olmalı, Allah qarşısında öz bəndəliyini e`tiraf etməli azad şəkildə öz təkvini bəndəliyini göstərməlidir. Başqa sözlə, Allah qarşısında göstərməlidir ki, “Sən mənim Allahımsan, mən isə Sənin bəndənəm; Sən əzizsən, mən isə zəliləm; Sən hakimsən, mən isə Sənin mülkünəm; Sən Rəbsən mən isə tərbiyə alanam.”[4] Namazın həqiqəti elə bu mətləbi bildirməkdir: “İlahi, mən bəndəyəm, bəndəlik mənim şə`nimdədir Sən mənim malikimsən!”
İbadət əslində yuxarıda sadalanan mətləbləri göstərməkdir. İstər qəlbdə olsun, istər dil ilə göstərilsin, istərsə əzalarla! Rüku səcdələr bu növ qəlb halının göstəricisi olduğu üçün ibadət hesab olunur: Allahın sonsuz əzəməti müqabilində zəlillik nümunəsi! Dil zikri bu həqiqəti bəyan edir.
Bütün ibadətlərin əsası ruhu qəlbin diqqətidir. Hərəkətlər dil zikri isə bu həqiqətin göstəricisidir. Dua Allahın malikiyyətinə, Rəbliyinə, izzətinə qüdrətinə əməli e`tiqaddır.
Əllərini ilahi dərgaha açıb, qarşısında boyun əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan öz duası ilə hacətlərini istəyən şəxs İlahi əzəmət qarşısında bütün zəlillik zəifliyini əməli olaraq göstərmişdir. Özünü fəqir, zəif, zəlil biçarə, Allahı isə varlı, qüvvətli, əziz qadir bilmişdir. O bu haləti ilə sadalanan həqiqətləri bəyan etmişdir.
Dua zahirən maddi `nəvi ehtiyacların `min olunması istəyi olsa belə, əslində bəndəliyin, insanın acizlik fəqirliyinin e`tirafıdır. Adətən, dua sözlərlə ifadə olunur. Amma əsas bu sözlər yox, onların arxasında duran gizli `nadır. Elə deyil ki, bu sözlərin deyilişi dünyanın hadisələrində `sir etsin kim bu sözləri tələffüz etsə `sirli olsun.
Başqa sözlə dua qəlbə aid bir işdir dil yalnız ürəkdə olanı göstərir. Beləliklə, dua insanın qəlbindən gəlməlidir. Qəlb diqqəti olmadan, dil ilə sözlərin tələffüzü dua hesab olunmur. Buna görə dua ciddi qəlb istəyi ilə müşayiət olunmalıdır.
Deyilənlərdən `lum oldu ki, dua həqiqətdə ibadətdən savay bir şey deyil. Bəlkə , peyğəmbərdən nəql olunan bir hədisə əsasən, dua bütün ibadətlərin məğzidir. Dua Allahın mütləq hakimiyyəti qarşısında bəndəliyi göstərməkdir.

MƏHƏMMƏD TƏQİ MİSBAH YƏZDİ

[1] Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar” 93- cild, 14- bab, səh.300, rəvayət 37.
[2]Mu`minsurəsi, ayə 60.
[3] Əllamə Təbatəbai, “Təfsirul-Mizan” 2-ci cild, səh.33.
[4] Həzrət Əlinin (ə) münacatlarından bir hissə. “Biharul-ənvar” 95-ci cild, səh.391, rəvayət 31.

Комментариев нет:

Отправить комментарий