23.07.2014

VƏHŞƏT NAMAZI

Meyyitin qəbrə qoylan birinci gecəsindən onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Onun qaydası belədir:
  Birinci rükətdə həmddən sonra bir dəfə Ayətul-Kürsü, ikinci rükətdə həmddən sonra on dəfə Qədr surəsi oxunur.

Salamdan sonra «Əllahummə səlli əla Muhəmmədin ali Muhəmmədin vəbəs səvabəha ila qəbri filan»  filan sözünün yerinə meyyitin  adını desinlər. Vəhşət namazını qəbrə qoyulan birinci gecənin hər bir vaxtında qılmaq olar, lakin gecənin əvvəlində işa namazından sonra qılmaq daha yaxşıdır.

21.07.2014

Ayətül kürsi

Allahın Rəsulu buyurub: "Hər kim Ayətül-kürsini hər namazdan sonra oxusa, onunla cənnət arasında ölümdən başqa bir şey qalmayacaq".
İmam Məhəmməd Baqir (ə) buyurub: "Hər kim Ayətül-kürsini bir dəfə oxusa, Allah min dünya və min axirət bəlasını ondan uzaqlaşdırar. Dünya bəlalarından ən azı fəqirliyi, axirət bəlasından isə qəbr əzabını onda uzaqlaşdırar".

بسم الله الرحمن الرحيم
اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ  (255) لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ  (256)‏ اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ   (257)

Bismillahir Rəhmanir Rəhim


    Əllahu la ilahə illa huvəl həyyul qəyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil ərz, mən zəlləzi yəşfəu indəhu illa biiznih, yələmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şa, vəsiə kursiyyus-səmavati vəl ərz, və la yəuduhu hifzuhuma, və huvəl əliyyul əzim. La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl ğəyy, fə mən yəkfur bit-tağuti və yumin billahi fəqədistəmsəkə bil urvatil vusqa, lənfisamə ləha, vəllahu səmiun əlim.
   Əllahu vəliyyulləziynə amənu yuxricuhum minəzzulumati ilən-nur, vəlləziynə kəfəru əvliyauhumuttağutu yuxricunəhum minənnuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiyha xalidun.

Cəfəri Təyyarın namazı

Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə "Həmd" surəsindən sonra "Zəlzələ" surəsi, ikinci rükətdə "Həmd"dən sonra "Adiyat" surəsi, üçüncü rükətdə "Həmd"dən sonra "Nəsr" surəsi və dördüncü rükətdə isə "Həmd"dən sonra "İxlas" surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, "Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır.

19.07.2014

COVŞƏN KƏBIR DUASI TƏRCÜMƏSİ

Bə”zi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:


“Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb” 
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!

18.07.2014

DUANIN HƏQİQƏTİ NƏDİR?

Duanın həqiqəti həzrət `budun dərgahına nəzər salmaqdan ibarətdir. Dua `minlər üçün bir növ ruhi `nəvi me`racdır. Dua yalnız bir sıra sözləri ifadə etmək `zi xüsusi qaydalara riayət etmək deyil. Duanın ruhu həqiqəti insanın qəlbən aləmlərin yaradanına diqqət yetirməsidir. Bu diqqətin gücü insanın Allaha məhəbbət `rifətinin dərəcəsindən asılıdır. Buna görə duadan əvvəl dua zamanı Allahın sifətlərinə nəzər salmaq lazımdır.
Dua həqiqətdə ibadətdən savay bir şey deyil. Hətta bu ibadət Allaha diqqət baxımından bir çox ibadətlərdən üstün tutulmuşdur. Peyğəmbərdən nəql olunmuş bir rəvayətdə deyilir: Dua bütün ibadətlərin məğzi kimidir”.[1]

17.07.2014

QƏDR GECƏSİNİN FƏZİLƏT VƏ ƏMƏLLƏRİ BARƏDƏ

Qədr Gecəsi
Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.

10.07.2014

Hz. Əlinin (ə) münacatı

Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün» – Səndən aman diləyirəm!
İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!
İlahi, mən «günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün» – Səndən aman diləyirəm!

09.07.2014

31-ci məktub


İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir.[1]
(Bu vəsiyyətnamə) yoxluq ölümə yaxın olan, zamanı (onun keçərliyi çətinliklərini) etiraf edən, ömür həyata arxa çevirmiş,[2] dövrana (onun çətinliklərinə) təslim, dünyaya bədbin, ölülərin evlərində məskunlaşmış sabah (yaxın olan ölüm günü) ondan köçəcək atadan (xalqın hidayəti düz yola gətirilməsi barəsində) əldə edilməz bir şey arzulayan, məhv olanların (ölülərin) yolu ilə gedən, (müxtəlif) xəstəliklərə hədəf, zamanın girovu olan, müsibət qəmlərə nişangah, dünyaya qul (onun xoşagəlməz rəftarına düçar), hiylə yalan diyarının (yaxşılarının səadət xoşbəxtliyi pis əməllilərinin bədbəxtliyinin) taciri, (borc yiyəsi kimi öz borcunu almayınca əl çəkməyən xəstəliklərə, ölümlə nəticələnən hadisələrə ) puçluqlara borclu, (əlindən qurtarmaq mümkün olmayan) ölümə əsir, möhnətlərlə müttəfiq, qəm-qüssəyə yoldaş (insan möhnət qəm-qüssədən ayrılmır sanki onlardan ayrılmamağa yoldaş olmağa and içib), bəla dərdlərə hədəf, nəfsi istəklərin torpağa yıxdığı (qovuşacağı) ölülərin canişini olan oğula!
Dünyanın mənə arxa çevirməsi, dövranın mənə itaətsizlik etməsi axirətin mənə üz tutması barəsində bildiklərim məni başqasını yada salmaq məndən sonra qalacaq (ev, var-dövlət övlad kimi) şeylər üçün çalışmaqdan saxlayır. (Çünki belə bir vaxtda kimisə yada salmaq ya nəyinsə qəmini çəkmək münasib deyil.