17.06.2015

Ramazan ayı ilə bağlı hədislər

1. Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır[1]
2. Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar son gecəsinədək bağlanmaz[2]
3. Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər[3]
4. Allahın Peyğəmbəri (s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar şeytanlar zəncirlənərlər[4]
5. İmam Əli (ə):«Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurduEy insanlar!
Həqiqətən bərəkət, rəhmət bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına vət olunmusunuz Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdimBu ayda ən yaxşı əməl nədirAllahın Peyğəmbəri (s) buyurduEy Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir[5]
6. İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardıEy insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar[6]
7. İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): « ayda öz canlarınızı zəhmətə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır[7]
8. Allahın Peyğəmbəri (s):«Kim Ramazan ayını yaşasa bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar[8]
9. Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən):  «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir[9]
10. Allahın Peyğəmbəri (s):«Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»[10]
11. İmam Sadiq (ə):«Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz[11]










[1] Kənzul-Ummal, hədis 23688
[2] Biharul-Ənvar, c.96,səh. 34 , hədis 8
[3] Biharul-Ənvar, c.96,səh. 346 , hədis 12
[4] Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14
[5] Əmali-Səduq,səh. 84 , hədis 4
[6] Əmali-Səduq, səh. 56 , hədis 2
[7] Biharul-Ənvar, c.96,səh. 375 , hədis  63
[8] Biharul-Ənvar, c.74,səh. 74 , hədis 62
[9] Uyune Əxbare Rza (ə), c.1,səh. 295 , hədis  53
[10] Əmali-Səduq,səh. 52 , hədis 2
[11] Biharul-Ənvar, c.96,səh. 342 , hədis  6 

Комментариев нет:

Отправить комментарий