06.06.2016

İmam Əlinin (ə) Münacatı

Bağışlayan və mehriban Allahın adı ilə!
اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ الاْمانَ يَوْمَ لا يَنْفَعُ مالٌ وَلابَنُونَ اِلاّ مَنْ اَتَى اللهَ بِقَلْبٍ سَليم،
İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبيلاً،
İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ يُعْرَفُ الْمُجْرِمُونَ بِسيمـاهُمْ فَيُؤْخَذُ بِالنَّواصي وَالْأَقْدامِ،
İlahi, mən «günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ لا يَجْزي والِدٌ عَنْ وَلَدِهِ وَلا مَوْلُودٌ هُوَ جازٍ عَنْ والِدِهِ شَيْئاً اِنَّ وَعْدَ اللهِ حَقٌّ،

14.04.2016

Leylətul Rəğaib - Arzular gecəsi fəzilət və əməlləri

Həzrət Məhəmməd(s.ə.a.s) buyurur:
"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"
Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
Həzrət Peyğəmbərdən (s.ə.a.s) nəql olunur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətül-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."

08.04.2016

Rəcəb ayının əməlləri, orucları, zikrləri

Ay ərzində deyiləcək zikrlər və tutulacaq oruclar

1. Əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləh və ətubu iləyh. (Ay ərzində 100 və ya 400 dəfə - ayın sonunda sədəqə verməyin də fəziləti var).
2. Lə iləhə illəllah (ay ərzində 1000 dəfə).
3. Əstəğfirullah və ətubu iləyh (70 dəfə səhər, 70 dəfə axşam) – zikr bitdikdən sonra 1 dəfə Allahumməğ fir li və tub ələyyə deyilsin.
4. Əstəğfirullah zəlcələli vəl ikram, min cəmi izzunubi vəl asam (ay ərzində 1000 dəfə).
5. İxlas surəsi (100 dəfə - hər cümə günü).
6. Həftənin cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq.
Qeyd: Ay ərzində deyiləcək zikrləri ayın günlərinə bölərək, çətinliyə düşmədən icra etmək olar.

06.07.2015

“CÖVŞӘN KӘBIR” DUАSI

 Cövşən” (coşən) ərəb dilində döyüş zamanı düşmən zərbəsindən qorunmaq üçün döyüşçülərin geyindiyi “zirehli paltar”-a deyilir, “kəbir” sözü isə “böyük” mənasını daşıyır.
Rəvayətə əsasən Peyğəmbər (s) müharibələrin birində döyüşərkən zirehin ağırlığdan əziyyət çəkirdi. Bu vaxtda Hz. Cәbrаil (ә) Hz. Mühəmmədə (s) nаzil оlaraq deyir: “Yа Mühәmmәd! Аllаh-Tааlа sәnә sаlаm göndәrir vә buyurur: “Bu zirеhi әynindәn çıхаrt, bu duаnı охu! Ona görə ki, bu dua sәnin vә ümmәtin üçün әmniyyәt (təhlükəsizlik) dеmәkdir.”
Məhşur alim Kәfәmi “Cövşən Kəbir” duаsını "Bәlәdül-әmin" vә "Misbаh" kitаblаrındа Hәzrәt İmаm Sәccаddan (ә), о dа Pеyğәmbәrdәn (s) nәql еtmişdir.
Bu duаnın fəziləti barəsində bir çox hədis və rəvayətlər vardır. О cümlәdәn;
a) Hәr kәs bu duаnı öz kәfәninә yаzsа, Аllаh-Tааlа оnu cәhәnnәmә аtmаğа hәyа еdәr.
b) Hәr kәs tәmiz niyyәtlә оnu Rаmаzаn аyının әvvәlindә охusа, Аllаh-Tааlа оnа Qәdr gеcәlərini dәrk еtmәyi nəsib edər. 
c) Allah-taala bu duanı oxuyan şəxs üçün 70 min mәlәk yаrаdаr ki, onun əvəzində zikr etsinlər.

20.06.2015

MÜBARƏK RAMAZAN AYININ ÜMUMİ DUASI

Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy, huvəs səmiul bəsir, haza şəhrun əzzəmtəhu kərrəmtəhu, şərrəftəhu fəzzəltəhu ələş şuhur. huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, huvə şəhru rəməzanəlləzi ənzəltə fihil Quran, hudən linnasi   bəyyinatin minəl huda vəl furqan, cəəltə fihi ləylətəl qədr, cəəltəha xəyrən min əlfi şəhr, ya zəlmənni la yumənnu ələykə munnə ələyyə bifəkakirəqəbəti minən nar, fimən təmunnu ələyhi ədxilnil

17.06.2015

Müqəddəs Ramazan ayı və “Baku-2015”lə bağlı möhtəşəm videoçarx hazırlanıb


Ramazan ayı ilə bağlı hədislər

1. Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır[1]
2. Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar son gecəsinədək bağlanmaz[2]
3. Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər[3]
4. Allahın Peyğəmbəri (s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar şeytanlar zəncirlənərlər[4]
5. İmam Əli (ə):«Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurduEy insanlar!

23.07.2014

VƏHŞƏT NAMAZI

Meyyitin qəbrə qoylan birinci gecəsindən onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Onun qaydası belədir:
  Birinci rükətdə həmddən sonra bir dəfə Ayətul-Kürsü, ikinci rükətdə həmddən sonra on dəfə Qədr surəsi oxunur.

Salamdan sonra «Əllahummə səlli əla Muhəmmədin ali Muhəmmədin vəbəs səvabəha ila qəbri filan»  filan sözünün yerinə meyyitin  adını desinlər. Vəhşət namazını qəbrə qoyulan birinci gecənin hər bir vaxtında qılmaq olar, lakin gecənin əvvəlində işa namazından sonra qılmaq daha yaxşıdır.