06.06.2016

İmam Əlinin (ə) Münacatı

Bağışlayan və mehriban Allahın adı ilə!
اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ الاْمانَ يَوْمَ لا يَنْفَعُ مالٌ وَلابَنُونَ اِلاّ مَنْ اَتَى اللهَ بِقَلْبٍ سَليم،
İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبيلاً،
İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ يُعْرَفُ الْمُجْرِمُونَ بِسيمـاهُمْ فَيُؤْخَذُ بِالنَّواصي وَالْأَقْدامِ،
İlahi, mən «günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün» – Səndən aman diləyirəm!
وَاَسْاَلُكَ الْاَمانَ يَوْمَ لا يَجْزي والِدٌ عَنْ وَلَدِهِ وَلا مَوْلُودٌ هُوَ جازٍ عَنْ والِدِهِ شَيْئاً اِنَّ وَعْدَ اللهِ حَقٌّ،

14.04.2016

Leylətul Rəğaib - Arzular gecəsi fəzilət və əməlləri

Həzrət Məhəmməd(s.ə.a.s) buyurur:
"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"
Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
Həzrət Peyğəmbərdən (s.ə.a.s) nəql olunur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətül-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."

08.04.2016

Rəcəb ayının əməlləri, orucları, zikrləri

Ay ərzində deyiləcək zikrlər və tutulacaq oruclar

1. Əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləh və ətubu iləyh. (Ay ərzində 100 və ya 400 dəfə - ayın sonunda sədəqə verməyin də fəziləti var).
2. Lə iləhə illəllah (ay ərzində 1000 dəfə).
3. Əstəğfirullah və ətubu iləyh (70 dəfə səhər, 70 dəfə axşam) – zikr bitdikdən sonra 1 dəfə Allahumməğ fir li və tub ələyyə deyilsin.
4. Əstəğfirullah zəlcələli vəl ikram, min cəmi izzunubi vəl asam (ay ərzində 1000 dəfə).
5. İxlas surəsi (100 dəfə - hər cümə günü).
6. Həftənin cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq.
Qeyd: Ay ərzində deyiləcək zikrləri ayın günlərinə bölərək, çətinliyə düşmədən icra etmək olar.